Keçəltəpə – keçmiş Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, sonralar keçmiş Qafan rayonunun, hazırkı Sünik vilayətinin ərazisində mövcud olmuş kənd. Zeyvə kəndinin yaxınlığında yerləşmişdir.
Kənddə 1926-cı ildə 185 nəfər azərbaycanlı və erməni yaşamışdır. 1930-cu illərdə kənd ləğv edilmişdir.
Toponim Azərbaycan dilində “çılpaq, otsuz, ot bitməyən yer” mənasında işlənən “keçəl” sözü ilə “alçaq dağ” mənasında işlənən “təpə” sözünün birləşməsindən əmələ gəlmişdir.