Əskilüm

Əskilüm – keçmiş Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, sonralar keçmiş Qafan rayonunda, hazırkı Sünik vilayətinin ərazisində mövcud olmuş kənd. Qafandan 21 km cənub-şərqdə, Oxçuçayın sağ sahilində yerləşirdi. Qafqazın beşverstlik xəritəsində qeydə alınmışdır. Hazırda xarabalıqdır.

Toponim türkmənşəli bulqar etnoniminə mənsub “iskil//eskil” etnonimi əsasında əmələ gəlmiş etnotoponimdir.