Çullu

Çullu – keçmiş Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, sonralar keçmiş Qafan rayonunda, hazırkı Sünik vilayətinin ərazisində mövcud olmuş kənd.

Kənddə 1897-ci ildə 109 nəfər, 1904-cü ildə 85 nəfər, 1914-cü ildə 110 nəfər azərbaycanlı yaşamışdır. 1918-ci ildə azərbaycanlılar erməni silahlı birləşmələrinin hücumuna və kütləvi qırğınlarına məruz qoyulmaqla kənddən qovulmuşlar. İndiki Ermənistanda sovet hakimiyyəti qurulduqdan sonra sağ qalan azərbaycanlılar öz doğma kəndlərinə qayıda bilmişdilər. Burada 1922-ci ildə 39 nəfər, 1926-cı ildə 56 nəfər, 1931-ci ildə 69 nəfər azərbaycanlı yaşamışdır. XX əsrin 40-cı illərində kənd ləğv edilmişdir. Hazırda xarabalıqdır.

Toponim qədim türk mənşəli “çul” (çol) türk etnoniminə mənsubluq bildirən “-lu” şəkilçisinin artırılması əsasında əmələ gəlmişdir, “çul tayfasına mənsub yer” mənasını bildirir.