Çiriş

Çiriş – keçmiş Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, sonralar keçmiş Qafan rayonunda, hazırkı Sünik vilayətinin ərazisində mövcud olmuş kənd. Qafandan 43 km şimal-şərqdə yerləşirdi.

Kənddə 1897-ci ildə 27 nəfər azərbaycanlı yaşamışdır. 1918-ci ildə azərbaycanlılar erməni silahlı birləşmələrinin hücumuna və kütləvi qırğınlarına məruz qoyulmaqla kənddən qovulmuşlar. İndiki Ermənistanda sovet hakimiyyəti qurulduqdan sonra sağ qalan azərbaycanlılar öz doğma kəndlərinə qayıda bilmişdilər. Kənddə 1922-ci ildə 73 nəfər, 1926-cı ildə 79 nəfər, 1931-ci ildə 95 nəfər azərbaycanlı yaşamışdır. 1950-ci ildə Çiriş sovxozu ləğv edilərək Gığı sovxozuna birləşdirlmışdır. Kəndin əhalisi Kurud və Kirs kəndlərinə köçürülmüşdür. Hazırda xarabalıqdır.

Toponim “zanbaq fəsiləsinə mənsub yabanı bəzək bitkisi” mənasında işlənən “çiriş” sözü əsasında əmələ gəlmişdir.