Çanaxçı – keçmiş Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, sonralar keçmiş Qafan rayonunun, hazırkı Sünik vilayətinin ərazisində mövcud olmuş kənd. Qafqazın beşverstlik xəritəsində qeydə alınmışdır.
Kənddə 1897-ci ildə 50 nəfər azərbaycanlı yaşamışdır. 1905–1906-cı illərdə ermənilər kənddə qırğınlar törətmişlər. Sonra kənddə ermənilər yerləşdirilmişdir. XX əsrin 30-cu illərində kənd ləğv edilmişdir.
Toponim çanaxçı türk etnonimi əsasında əmələ gəlmişdir.