Baharlı – keçmiş Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, sonralar keçmiş Qafan rayonunun, hazırkı Sünik vilayətinin ərazisində mövcud olmuş kənd. Bəsitçayın sağ sahilində yerləşmişdir. Qafan rayonunda digər bir Baharlı kəndi də mövcud olmuşdur.
1886-cı ildə 432 nəfər, 1907-ci ildə 455 nəfər azərbaycanlı yaşamışdır. 1918-ci ildə azərbaycanlılar erməni silahlı dəstələri tərəfindən qırğınlara məruz qoyularaq kənddən qovulmuşlar. Kənd sonradan ləğv edilmişdir. Qafan rayonunda digər bir Baharlı kəndi də mövcud olmuşdur.
Toponim Zəngəzurda yaşayan “baharlı” türk etnonimi əsasında formalaşmışdır.