Baharlı

Baharlı – keçmiş Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, sonralar keçmiş Qafan rayonunda, hazırkı Sünik vilayətinin ərazisində mövcud olmuş kənd. Qafan şəhərindən 24 km şimal-şərqdə, Gığı çayının sol sahilində yerləşir. Qafqazın beşverstlik xəritəsində qeydə alınmışdır.

Kənddə 1831-ci ildə 28 nəfər, 1873-cü ildə 59 nəfər, 1886-cı ildə 61 nəfər, 1897-ci ildə 74 nəfər, 1904-cü ildə 132 nəfər, 1914-cü ildə 133 nəfər azərbaycanlı yaşamışdır. 1918-ci ildə azərbaycanlılar ermənilər tərəfindən qırğınlara məruz qoyularaq deportasiya olunmuşlar. İndiki Ermənistanda sovet hakimiyyəti qurulduqdan sonra sağ qalan kəndin sakinləri öz evlərinə dönə bilmişdi. Burada 1922-ci ildə 88 nəfər, 1926-cı ildə 93 nəfər, 1931-ci ildə 122 nəfər, 1939-cu ildə 176 nəfər, 1959-cu ildə 249 nəfər, 1970-ci ildə 380 nəfər, 1979-cu ildə 358 nəfər azərbaycanlı yaşamışdır.

Kənd 1950-ci illərin sonunda Gığı kəndi ilə birləşdirilmiş, daha sonra kəndin yerində Qacaran mis-molibden kombinatı üçün su anbarı tikilərək kənd ləğv edilmşdir. Qafan rayonunda digər bir Baharlı kəndi də mövcud olmuşdur.

Toponim baharlı türk tayfasının adı əsasında formalaşmışdır.