Avşarlı

Avşarlı – keçmiş Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, sonralar keçmiş Qafan rayonunda, hazırda isə Sünik vilayətinin ərazisində mövcud olmuş kənd. Qafandan 17 km məsafədə, Oxçuçayın sahilində, dağlıq ərazidə yerləşmişdir. Kəndin digər adı “Əfsərli”dir.

Kənddə 1897-ci ildə 92 nəfər, 1926-cı ildə 76 nəfər, 1959-cu ildə 101 nəfər azərbaycanlı yaşamışdır. 1960-cıildə kənd ləğv edilmişdir.

Toponim avşar (avsar, Azərbaycan dilində “ş~s” səs əvəzlənməsi qanunauyğundur) türk tayfasının adına mənsubluq bildirən “-lı” şəkilçisinin artırılması ilə düzəlmişdir. “Əfşar” (avşar) tayfasına mənsub olan “yer” mənasını bildirir.