Ağkənd – keçmiş Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, sonralar keçmiş Qafan rayonunun, hazırkı Sünik vilayətinin ərazisində mövcud olmuş kənd. Qafqazın beşverstlik xəritəsində qeydə alınmışdır. Kənd XX əsrin əvvəllərində ləğv edilmişdir.
Toponim qədim türk dilində “kiçik” mənasında işlənən “ağ” sözünə kəndcoğrafi nomeninin birləşməsindən əmələ gəlmişdir.