Əhmədağa

Əhmədağa – keçmiş Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, sonralar keçmiş Gorus rayonunun, hazırkı Sünik vilayətinin ərazisində mövcud olmuş kənd. Vilayətdəki Qarnidzor kəndindən 3-3,5 km şimal-şərqdə, dağ ətəyində yerləşirdi.

1918-ci ildə azərbaycanlılar erməni silahlı birləşmələrinin hücumuna və kütləvi qırğınlara məruz qoyulmaqla kənddən qovulmuşlar. Sonradan kənd ləğv edilmişdir. Hazırda xarabalıqdır.

Toponim şəxs adı əsasında əmələ gəlmişdir.