Burun

Burun – keçmiş Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, sonralar keçmiş Gorus rayonunda, hazırda isə Sünik vilayətində kənd. Vilayət mərkəzi Qafan şəhərindən 73 km şimalda, dəniz səviyyəsindən 1700 m hündürlükdə yerləşir. 1921-ci il avqustun 31-də Sovet Ermənistanında Zəngəzur qəzasının yaradılmasından sonra yaşayış məntəqəsi Ermənistanın inzibati ərazisinə daxil edilmişdir.

Kənddə əvvəlcə azərbaycanlılar yaşamış, ermənilərin bölgədə məskunlaşdırılmasından sonra əhalisi kəndi tərk etmişdir.

Toponim Azərbaycan dilində “irəliyə çıxan və ya suya doğru uzanan quru”, “qurunun, dənizin içinə girən dağlıq, qayalıq hissəsi”, “qurunun, dağın və ya qayanın sivri bucaq şəklində düzünə tərəf uzanmış hissə”, başqa türk dillərində “dağ çıxıntısı, qum silsiləsi, cərgəsi, qum təpəsi”, “sıra dağlardan ayrılan dağ qolu, dil” mənasında işlənən “burun” sözündən əmələ gəlmişdir.

Ermənistan parlamentinin 4 iyul 2006-cı il qərarı ilə adı dəyişdirilərək “Akner” qoyulmuşdur. “Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında” 7 noyabr 1995-ci il tarixli Qanuna əsasən Sünik vilayətinin inzibati ərazisinə daxil edilmişdir.

Yerləşdiyi koordinatlar: 39°32′ şm. e., 46°18′ ş. u.