Allar – keçmiş Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, sonralar keçmiş Gorus rayonunda, hazırkı Sünik vilayəti ərazisində mövcud olmuş kənd. Bazarçayın sol sahilində, Tatev kəndindən 5 km şimal-şərqdə yerləşirdi. Kənddə yalnız azərbaycanlılar yaşamışlar. 1914-cü ildə kənd ləğv edilmişdir.
Toponim alar türk tayfasının adı əsasında əmələ gəlmişdir.