Abbaslar

Abbaslar – keçmiş Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, sonralar keçmiş Gorus rayonunun, hazırkı Sünik vilayətinin ərazisində mövcud olmuş kənd. XX əsrin əvvəllərində xarabalığa çevrilmişdir.

Toponim “abbaslar” etnonimi əsasında əmələ gəlmişdir.