Armaş

Armaş – keçmiş İrəvan quberniyasının İrəvan qəzasında, sonralar keçmiş Vedi (Ararat) rayonunda, hazırda isə Ararat vilayətində kənd. Vilayət mərkəzi Qəmərli (Artaşat) şəhərindən 27 km cənub-şərqdə, dəniz səviyyəsindən 830 m hündürlükdə yerləşir.

Kənddə əvvəlcə azərbaycanlılar yaşamış, ermənilərin bölgədə məskunlaşdırılmasından sonra əhalisi tədricən kəndi tərk etmişdir. 1988-ci ildə kənddə yaşayan azərbaycanlılar tarixi-etnik torpaqlarından tamamilə qovulmuşlar.

Toponim türk dilində “möhkəm, qüvvətli” mənasında işlənən “armas” sözü əsasında formalaşmışdır.

“Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında” 7 noyabr 1995-ci il tarixli Qanuna əsasən Ararat vilayətinin inzibati ərazisinə daxil edilmişdir.

Yerləşdiyi koordinatlar: 39°46′ şm. e., 44°48′ ş. u.