Sofulu

Sofulu – keçmiş Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, sonralar keçmiş Qarakilsə (Sisian) rayonunda, hazırda isə Sünik vilayətində kənd. Vilayət mərkəzi Qafan şəhərindən 126 km şimal-qərbdə, dəniz səviyyəsindən 1900 m hündürlükdə yerləşir. 1921-ci il avqustun 31-də Sovet Ermənistanında Zəngəzur qəzasının yaradılmasından sonra yaşayış məntəqəsi Ermənistanın inzibati ərazisinə daxil edilmişdir.

Kənddə 1886-cı ildə 330, 1905-ci ildə 970 nəfər azərbaycanlı yaşamışdır. 1959-cu ildə burada 1816 nəfər, 1986-cı ildə 1124 nəfər azərbaycanlı yaşamışdır. 1988-ci ilin noyabr ayında buranın azərbaycanlı əhalisi qırğınlara məruz qoyularaq kənddən qovulmuşdur. Hazırda kənddə yalnız ermənilər yaşayırlar.

Toponim sofulu türk tayfasının adı əsasında əmələ gəlmişdir.

Ermənistan parlamentinin 4 iyul 2006-cı il tarixli qərarı ilə kəndin adı dəyişdirilərək “Njde” (faşist ideologiyasının təbliğatçısı Qareqin Njdeyə görə) qoyulmuşdur. “Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında” 7 noyabr 1995-ci il tarixli Qanuna əsasən Sünik vilayətinin inzibati ərazisinə daxil edilmişdir.

Yerləşdiyi koordinatlar: 39°22′ şm. e., 45°59′ ş. u.