Qılıclı

Qılıclı – keçmiş İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, sonralar keçmiş Paşalı (Əzizbəyov, Vayk) rayonunun, hazırkı Vayotsdzor vilayətinin ərazisində mövcud olmuş kənd. Qılıclıdərə selavının sahilində yerləşirdi. Qafqazın beşverstlik xəritəsində qeydə alınmışdır.

Kənddə 1873-cü ildə 52 nəfər, 1886-cı ildə 68 nəfər, 1897-ci ildə 117 nəfər, 1904-cü ildə 117 nəfər, 1914-cü ildə 128 nəfər, 1916-cı ildə 127 nəfər yalnız azərbaycanlı yaşamışdır. 1918-ci ildə kəndin əhalisi erməni silahlı birləşmələrinin təcavüzünə və qırğınlarına məruz qalaraq kənddən qovulmuşdur. 1920-ci ildə kənd ləğv edilmişdir. Hazırda xarabalıqdır.

Toponim “qılıclı” türk etnonimi əsasında əmələ gəlmişdir.