Daşkənd

Daşkənd – keçmiş İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, sonralar keçmiş Paşalı (Əzizbəyov, Vayk) rayonunun, hazırkı Vayotsdzor vilayətinin ərazisində mövcud olmuş kənd.

Kənddə 1831-ci ildə 62 nəfər azərbaycanlı yaşamışdır. 1840-cı illərdə azərbaycanlılar ermənilər tərəfindən sıxışdırılaraq kənddən çıxarılmış və kənd ləğv edilmişdir. Hazırda xarabalıqdır.

Toponim Azərbaycan dilində “qaya, dağ” mənasında işlənən “daş” sözü ilə, türk dilində “yaşayış məntəqəsi” mənasında işlənən “kənd” sözünün birləşməsindən əmələ gəlmişdir. “Dağlıq, qayalıq yerdə olan yaşayış yeri, kənd” mənasını ifadə edir.