Dəmirçilər

Dəmirçilər – keçmiş İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, sonralar keçmiş Paşalı (Əzizbəyov, Vayk) rayonunun, hazırkı Vayotsdzor vilayətinin ərazisində mövcud olmuş kənd. Buzxana dağının yaxınlığında yerləşirdi. Qafqazın beşverstlik xəritəsində qeydə alınmışdır.

Kənddə 1873-cü ildə 82 nəfər, 1886-cı ildə 68 nəfər, 1897-ci ildə 90 nəfər, 1904-cü ildə 96 nəfər, 1914-cü ildə 96 nəfər, 1916-cı ildə 133 nəfər yalnız azərbaycanlı yaşamışdır. 1918-ci ildə kəndin əhalisi erməni silahlı birləşmələrinin təcavüzünə və qırğınlarına məruz qalaraq kənddən qovulmuşdur. Sonradan kənd ləğv edilmişdir. Hazırda xarabalıqdır.

Toponim dəmirçilər türk tayfasının adı əsasında əmələ gəlmişdir.