Daylaxlı

Daylaxlı – keçmiş İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, sonralar keçmiş Paşalı (Əzizbəyov, Vayk) rayonu ərazisində, hazırda isə Vayotsdzor vilayətində kənd. Vilayət mərkəzi Keşişkənd (Yeğeqnadzor) şəhərindən 22 km cənub-şərqdə, dəniz səviyyəsindən 1630 m hündürlükdə yerləşirdi. “İrəvan əyalətinin icmal dəftəri”ndə “Daylaqan”, Qafqazın beşverstlik xəritəsinə “Daylaxlı” kimi qeydə alınmışdır.

Kənddə 1873-cü ildə 87 nəfər, 1886-cı ildə 184 nəfər, 1897-ci ildə 60 nəfər, 1904-cü ildə 218 nəfər, 1914-cü ildə 240 nəfər, 1916-cı ildə 209 nəfər azərbaycanlı yaşamışdır. 1918-ci ildə kəndin azərbaycanlı əhalisi erməni silahlı birləşmələrinin təcavüzünə və qırğınlarına məruz qalaraq kənddən qovulmuş və bura ermənilər yerləşdirilmişlər. Yalnız 1926-cı ildə burada 6 nəfər azərbaycanlı yaşamış, onlar da 1928–1929-cu illərdə sıxışdırılıb kənddən çıxarılmışdır.

Toponim daylaxlı tayfa adı əsasında əmələ gəlmişdir.

Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 25 may 1978-ci il tarixli qərarı ilə kəndin adı dəyişdirilərək “Arin” qoyulmuşdur. “Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında” 7 noyabr 1995-ci il tarixli Qanuna əsasən Vayotsdzor vilayətinin inzibati ərazisinə daxil edilmişdir.

Yerləşdiyi koordinatlar: 39°43′ şm. e., 45°29′ ş. u.