Ağcakənd

Ağcakənd – keçmiş İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, sonralar keçmiş Paşalı (Əzizbəyov, Vayk) rayonunun, hazırkı Vayotsdzor vilayətinin ərazisində mövcud olmuş kənd. Göydağ dağının şərq tərəfində, Ardıclı selavının yaxınlığında yerləşirdi.

Kənddə 1873-cü ildə 106 nəfər, 1886-cı ildə 139 nəfər, 1897-ci ildə 192 nəfər, 1904-cü ildə 214 nəfər, 1914-cü ildə 234 nəfər, 1916-cı ildə 258 nəfər yalnız azərbaycanlılar yaşamışdır. 1918-ci ildə kəndin əhalisi erməni silahlı birləşmələrinin təcavüzünə və qırğınlarına məruz qalaraq kənddən didərgin salınmışdır. 1920-ci ildə kənd ləğv edilmişdir. Hazırda xarabalıqdır.

Toponim türk dilində “ağımtıl, quru, şumlanmamış bozumtul torpaq” mənasında işlənən “ağca” sözünə “kənd” coğrafi nomeninin qoşulması ilə düzəlmişdir.