Siçanlı

Siçanlı – keçmiş İrəvan quberniyasının Yeni Bəyazid qəzasında, sonralar keçmiş Qaranlıq (Martuni) rayonunun, hazırkı Geğarkunik vilayətinin ərazisində mövcud olmuş kənd. Təzəkəndin yaxınlığında yerləşmişdir.

Kənddə 1886-cı ildə 302 nəfər, 1897-ci ildə 310 nəfər, 1904-cü ildə 499 nəfər, 1914-cü ildə 582 nəfər, 1916-cı ildə 404 nəfər yalnız azərbaycanlı yaşamışdır. 1918-ci ildə azərbaycanlılar erməni silahlı birləşmələrinin hücumuna məruz qalmış və kənddən qovulmuşlar. Bundan sonra kənd ləğv edilmişdir. Hazırda xarabalıqdır.

Toponim oğuzların bəydili tayfasına mənsub olan “sincan” etnoniminə mənsubluq bildirən “-lı” şəkilçisinin qoşulması ilə düzəlmişdir.