Atqoç – keçmiş İrəvan quberniyasının Novo-Bəyazid qəzasında, sonralar keçmiş Qaranlıq (Martuni) rayonunda, hazırkı Geğarkunik vilayətinin ərazisində mövcud olmuş kənd. XIX əsrin əvvəllərində kənd ləğv edilmişdir.
Toponim türk dilindəki “at” sözü ilə “düşərgə” mənasında işlənən“koç//koş” sözünün birləşməsindən əmələ gəlmişdir.