Artdaş

Artdaş – keçmiş İrəvan quberniyasının Novo-Bəyazid qəzasında, sonralar keçmiş Qaranlıq (Martuni) rayonunda, hazırkı Geğarkunik vilayətinin ərazisində mövcud olmuş kənd. 1950-ci ildə ləğv edilmişdir.

Toponim türk dilində “dağlıq, dağ keçidi” mənasında işlənən “art” sözü ilə “dağ, qaya” mənasında işlənən “daş” sözü əsasında yaranmışdır.