Yanıx

Yanıx – keçmiş İrəvan quberniyasının Novo-Bəyazid qəzasında, sonralar keçmiş Qaranlıq (Martuni) rayonunda, hazırda isə Geğarkunik vilayətində kənd. Martuni yaşayış məntəqəsindən 13 km şimal-şərqdə, Göyçə gölünün sahilində, dəniz səviyyəsindən 2275 m hündürlükdə yerləşir. Qafqazın beşverstlik xəritəsində qeydə alınmışdır.

Kənddə 1873-cü ildə 194 nəfər, 1886-cı ildə 245 nəfər, 1897-ci ildə 303 nəfər, 1908-ci ildən 360 nəfər, 1914-cü ildə 730 nəfər, 1916-cı ildə 423 nəfər azərbaycanlı yaşamışdır. 1919-cu ildə azərbaycanlılar erməni silahlı birləşmələri tərəfindən qırğınlarla qovulmuşlar. İndiki Ermənistan ərazisində sovet hakimiyyəti qurulduqdan sonra sağ qalan azərbaycanlılar öz doğma kəndlərinə qayıda bilmişdir. 1922-ci ildə burada 66 nəfər azərbaycanlı, 1926-cı ildə 37 nəfər azərbaycanlı, 163 erməni yaşamışdır. Ermənilər bura 1922–1925-ci illərdə köçürülmüşdür. 1929–1930-cu illərdə azərbaycanlılar deportasiya olunmuş və burada yalnız ermənilər qalmışlar.

Toponim Azərbaycan dilində “yanmış, susuz, quru yer” mənasında işlənən “yanıx” sözü əsasında əmələ gəlmişdir.

Ermənistan parlamentinin 4 iyul 2006 qərarı ilə kəndin adı dəyişdirilərək “Nşxark” qoyulmuşdur. “Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında” 7 noyabr 1995-ci il tarixli Qanuna əsasən Geğarkunik vilayətinin inzibati ərazisinə daxil edilmişdir.

Yerləşdiyi koordinatlar: 40°00′ şm. e., 45°14′ ş. u.