Yellidərə

Yellidərə – keçmiş İrəvan quberniyasının Novo-Bəyazid qəzasında, sonralar keçmiş Basarkeçər (Vardenis) rayonunun, hazırkı Geğarkunik vilayətinin ərazisində mövcud olmuş kənd. Aşağı Şorca kəndinin şimal-şərqində yerləşirdi. Hazırda xarabalıqdır.

Toponim Azərbaycan dilində “külək” mənasında işlənən “yel” sözü ilə “dərə” sözündən əmələ gəlmişdir.