Tatul Qışlağı – keçmiş İrəvan quberniyasının Novo-Bəyazid qəzasında, sonralar keçmiş Basarkeçər (Vardenis) rayonunun, hazırkı Geğarkunik vilayətinin ərazisində mövcud olmuş kənd. Daşkeçmişinin yaxınlığında yerləşmişdir.
Kənddə 1831-ci ildə 148 nəfər azərbaycanlı yaşamışdır. XIX əsrin 40–50-ci illərində azərbaycanlılar buradan qovulduqdan sonra kənd ləğv olunmuşdur. Hazırda xarabalıqdır.
Toponim şəxs adı əsasında düzəlmişdir.