Bakər

Bakər – keçmiş Yelizavetpol (Gəncə) quberniyasının Qazax qəzasında, sonralar keçmiş Çəmbərək (Krasnoselsk) rayonunda, hazırkı Geğarkunik vilayəti ərazisində mövcud olmuş kənd. Aşağı Çəmbərək kəndindən 2 km cənub-qərbdə yerləşirdi. Hazırda xarabalıqdır. Evlərin və qəbiristanlığın uçuq divarları indi də qalır.