Gödəklər

Gödəklər – keçmiş Yelizavetpol (Gəncə) quberniyasının Qazax qəzasında, sonralar keçmiş Çəmbərək (Krasnoselsk) rayonunda, hazırda isə Geğarkunik vilayətində kənd. Vilayət mərkəzi Kəvər (Qavar) şəhərindən 83 km şimal-şərqdə, dəniz səviyyəsindən 1900 m hündürlükdə yerləşir. 1937-ci ilə kimi keçmiş Dilican rayonunun inzibati ərazi bölgüsünə daxil idi. 1937-ci il dekabrın 31-də Çəmbərək (Krasnoselsk) rayonu təşkil edildikdən sonra Dilican rayonunun tərkibindən çıxarılıb Çəmbərək (Krasnoselsk) rayonunun tərkibinə daxil edilmişdir.

1918-ci ilə kimi burada azərbaycanlılar yaşamışdır. Ermənilər bura 1919–1920-ci illərdə Türkiyədən köçürülmüşlər.

Toponim “gödəklər” türk etnonimi əsasında əmələ gəlmişdir.

Ermənilər bura köçürüldükdən sonra 1924-cü ildə kəndin adı dəyişdirilərək “Martuni” qoyulmuşdur. “Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında” 7 noyabr 1995-ci il tarixli Qanuna əsasən Geğarkunik vilayətinin inzibati ərazisinə daxil edilmişdir.

Yerləşdiyi koordinatlar: 40°40′ şm. e., 45°15′ ş. u.