Novur

Novur – keçmiş Yelizavetpol quberniyasının Qazax qəzasına, keçmiş Şəmşəddin (Berd) rayonunda, hazırda isə Tavuş vilayətində kənd. Vilayət mərkəzi Karvansara (İcevan) şəhərindən 43 km cənub-qərbdə, dəniz səviyyəsindən 1490 m hündürlükdə yerləşir. Kəndin adı mənbələrdə həmçinin “Navur”, “Novçali”, “Nəvur” formalarında qeyd edilir.

Kənddə əvvəlcə azərbaycanlılar yaşamış, ermənilərin bölgədə məskunlaşdırılmasından sonra əhalisi tədricən kəndi tərk etmişdir.

Toponim Azərbaycan dilində gölməçə mənasında işlənən “nohur” sözü əsasında əmələ gəlmişdir.

Hazırda erməni dilindəki rəsmi sənədlərdə yaşayış məntəqəsinin adı “Navur” kimi yazılır. “Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında” 7 noyabr 1995-ci il tarixli Qanuna əsasən Tavuş vilayətinin inzibati ərazisinə daxil edilmişdir.

Yerləşdiyi koordinatlar: 40°51′ şm. e., 45°19′ ş. u.