Qaratorpaq – keçmiş Yelizavetpol (Gəncə) quberniyasının Qazax qəzasında, sonralar keçmiş Karvansara (İcevan) rayonunun, hazırkı Tavuş vilayətinin ərazisində mövcud olmuş kənd. Dilican şəhəri ilə Gölkənd (Ayqut) kəndi arasında yerləşirdi. Qafqazın beşverstlik xəritəsində qeydə alınmışdır.
Kənddə əvvəlcə azərbaycanlılar yaşamış, ermənilərin bölgədə məskunlaşdırılmasından sonra əhalisi tədricən kəndi tərk etmişdir. 1926-cı ildə burada 23 nəfər azərbaycanlı yaşamışdır. 1930-cu illərdə kənd ləğv edilmişdir. Hazırda xarabalıqdır.
Toponim “münbit, keyfiyyətli, yararlı” mənasında işlənən “qara” sözü ilə “torpaq” sözünün birləşməsindən əmələ gəlmişdir.