Qızılqışlaq

Qızılqışlaq – keçmiş İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, sonralar keçmiş Keşişkənd (Yeğeqnadzor) rayonunun, hazırkı Vayotsdzor vilayətinin ərazisində mövcud olmuş kənd. Vilayətdəki Qovuşuq kəndinin yaxınlığında yerləşirdi.

Kənddə 1831-ci ildə 85 nəfər, 1897-ci ildə 44 nəfər azərbaycanlı yaşamışdır. 1905–1906-cı illərdə erməni silahlı dəstələrinin törətdikləri qırğınlar nəticəsində kənd xaraba qalmışdır. Hazırda xarabalıqdır..

Toponim Azərbaycan dilində qırmızı mənasında (torpağın suxurlarının rənginə görə) işlənən “qızıl” sözü ilə, “qışda mal-qara saxlanan yer” mənasında işlənən “qışlaq” sözünün birləşməsindən əmələ gəlmişdir.