Qaradaş

Qaradaş – keçmiş Yelizavetpol (Gəncə) quberniyasının Qazax qəzasında, sonralar keçmiş Karvansara (İcevan) rayonunda, hazırda isə Tavuş vilayətində kənd. Vilayət mərkəzi Karvansara (İcevan) şəhərindən 18 km şimalda, dəniz səviyyəsindən 800 m hündürlükdə yerləşir. Kəndin ərazisində azərbaycanlıların həyatı ilə bağlı XVII–XVIII əsrlərə aid tarixi abidələrin, eləcə də oğuz qəbiristanlığının qalıqları qalmaqdadır.

Kənddə ermənilərin məskunlaşdırılmasından sonra kəndin azərbaycanlı əhalisi tədricən yer-yurdlarını tərk etmişdir.

Toponim rəng bildirən “qara” sözü ilə Azərbaycan dilində “qaya” mənasında işlənən “daş” sözü əsasında əmələ gəlmişdir.

Kəndin adı erməni dilinə hərfi tərcümə edilərək “Sevkar” qoyulmuşdur. “Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında” 7 noyabr 1995-ci il tarixli Qanuna əsasən Tavuş vilayətinin inzibati ərazisinə daxil edilmişdir.

Yerləşdiyi koordinatlar: 41°01′ şm. e., 45°08′ ş. u.