Köhnəkalafa

Köhnəkalafa – keçmiş Tiflis quberniyasının Borçalı qəzasında, sonralar keçmiş Barana (Noyemberyan) rayonunun, hazırkı Tavuş vilayətinin ərazisində mövcud olmuş kənd. Ləmbəli kəndinin yaxınlığında yerləşmişdir. 1930-cu illərdə Allahverdi rayonunun tabeliyində olmuş və Ləmbəli kəndinə birləşdirilərək ləğv edilmişdir.

Toponim “qədim” mənasında işlənən “köhnə” və “dağılmış yer, xaraba” mənasında işlənən “kalafa” sözünün birləşməsindən əmələ gəlmişdir.