Qalakənd

Qalakənd – keçmiş İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, sonralar keçmiş Keşişkənd (Yeğeqnadzor) rayonunun, hazırkı Vayotsdzor vilayətinin ərazisində mövcud olmuş kənd. 1728-ci ildə tərtib edilmiş “İrəvan əyalətinin icmal dəftəri”ndə “Qalabəy” formasında qeydə alınmışdır. 1898-ci ildə burada 40 bağ mövcud olmuşdur. Hazırda xarabalıqdır.

Toponim “qala” və “kənd” sözlərindən əmələ gəlib “qala yaxınlığında olan kənd” mənasını ifadə edir.