Ayrım

Ayrım – keçmiş Yelizavetpol (Gəncə) quberniyasının Qazax qəzasında, sonralar keçmiş Barana (Noyemberyan) rayonunda, hazırda isə Tavuş vilayətində kənd. Vilayət mərkəzi Karvansara (İcevan) şəhərindən 60 km şimal-qərbdə, Tona (Debet) çayının yanında, İrəvan–Tiflis dəmiryolunun üstündə, dəniz səviyyəsindən 500 m hündürlükdə yerləşir.

Kənddə əvvəlcə azərbaycanlılar yaşamış, ermənilərin bölgədə məskunlaşdırılmasından sonra əhalisi tədricən kəndi tərk etmişdir.

Toponim “ayrım” türk etnonimi əsasında düzəlmişdir.

“Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında” 7 noyabr 1995-ci il tarixli Qanuna əsasən Tavuş vilayətinin inzibati ərazisinə daxil edilmişdir. Hazırda erməni dilindəki rəsmi sənədlərdə kəndin adı “Ayrum” kimi qeyd edilir.

Yerləşdiyi koordinatlar: 41°13′ şm. e., 44°55′ ş. u.