Ağdaş

Ağdaş – keçmiş Tiflis quberniyasının Borçalı qəzasında, sonralar keçmiş Allahverdi (Tumanyan) rayonunun, hazırkı Lori vilayətinin ərazisində mövcud olmuş kənd. Axtala və Şamlıq kəndlərinin yaxınlığında yerləşmişdir. Kənd XIX əsrdə dağıdılaraq əhalisi Axtala və Şamlıq kəndlərinə köçürülmüşdür. Hazırda xarabalıqdır.

Toponim “kiçik, xırda” mənasını ifadə edən “ağ” sözü ilə qədim türk dilində “çöl, səhra, açıq yer” mənasında işlənən “daş” sözünün birləşməsindən əmələ gəlmişdir və “kiçik açıq yerdə, səhrada olan kənd” mənasını ifadə edir.