Uzunlar

Uzunlar – keçmiş Tiflis quberniyasının Borçalı qəzasında, sonralar keçmiş Allahverdi (Tumanyan) rayonunda, hazırda isə Lori vilayətində kənd. Vilayət mərkəzi Böyük Qarakilsə (Vanadzor) şəhərindən 47 km şimal-şərqdə, dəniz səviyyəsindən 1125 m hündürlükdə yerləşir.

Kənddə əvvəlcə azərbaycanlılar yaşamış, ermənilərin bölgədə məskunlaşdırılmasından sonra əhalisi tədricən kəndi tərk etmişdir.

Toponim eyniadlı tayfa adı əsasında formalaşmışdır.

Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 30 sentyabr 1967-cı il tarixli fərmanı ilə kəndin adı dəyişdirilərək “Odzun” qoyulmuşdur. “Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında” 7 noyabr 1995-ci il tarixli Qanuna əsasən Lori vilayətinin inzibati ərazisinə daxil edilmişdir.

Yerləşdiyi koordinatlar: 41°03′ şm. e., 44°36′ ş. u.