Heydərbəy – keçmiş Tiflis quberniyasının Borçalı qəzasında, sonralar keçmiş Cəlaloğlu (Stepanavan) rayonunda, hazırda isə Lori vilayətində kənd. Vilayət mərkəzi Böyük Qarakilsə (Vanadzor) şəhərindən 46 km şimal-qərbdə, dəniz səviyyəsindən 1500 m hüdürlükdə yerləşir.
Kənddə ermənilərlə yanaşı, 1831-ci ildə 4 nəfər, 1886-cı ildə 16 nəfər, 1897-ci ildə 10 nəfər azərbaycanlı yaşamışdır. XX əsrin əvəllərində, 1906-cı ildə azərbaycanlılar erməni silahlıları tərəfindən tarixi-etnik torpaqlarından deportasiya olunmuşdur. Hazırda kənddə ermənilər yaşayırlar.
Toponim Heydər bəy şəxs adı əsasında əmələ gəlmişdir. Bura Heydər bəy tərəfindən salındığı üçün “Heydərbəy kəndi” adlandırılmışdır.
Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 1 iyun 1940-cı il tarixli fərmanı ilə kəndin adı dəyişdirilərək “Sverdlov” qoyulmuşdur. “Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında” 7 noyabr 1995-ci il tarixli Qanuna əsasən Lori vilayətinin inzibati ərazisinə daxil edilmişdir.
Yerləşdiyi koordinatlar:41°06′ şm. e., 44°24′ ş. u.