Aslan Xaraba – keçmiş İrəvan quberniyasının Lori-Pəmbək qəzasında, keçmiş Böyük Qarakilsə (Kirovakan, Quqark) rayonunda, hazırkı Lori vilayəti ərazisində mövcud olmuş kənd. Şahalı dəmiryol stansiyasının yaxınlığında yerləşmişdir. Azərbaycanlılara məxsus qəbiristanlığın xarabalıqları indi də qalır.
Toponim şəxs adı əsasında əmələ gəlmişdir.