Ertiş

Ertiş – keçmiş İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, sonralar keçmiş Keşişkənd (Yeğeqnadzor) rayonunun, hazırkı Vayotsdzor vilayətinin ərazisində mövcud olmuş kənd. Keşişkənd yaşayış məntəqəsinin Qoytul kəndinin yaxınlığında, Arpaçayın sahilində yerləşir. Kəndin cənubunda qədim qala və qəbiristanlığın qalıqları var. “İrəvan əyalətinin icmal dəftəri”ndə “Ərdiş” formasında qeydə alınmışdır.

Kənddə 1831-ci ildə 70 nəfər, 1873-cü ildə 167 nəfər, 1886-cı ildə 234 nəfər, 1897-ci ildə 382 nəfər, 1904-cü ildə 298 nəfər, 1914-cü ildə 327 nəfər, 1916-cı ildə 403 nəfər, 1919-cu ildə 127 nəfər yalnız azərbaycanlı yaşamışdır. 1918-ci ildə azərbaycanlılar erməni silahlı birləşmələrinin hücumuna və kütləvi qırğınlarına məruz qalaraq kənddən qovulmuşlar. Kənddə Türkiyədən gələn ermənilər məskunlaşdırılmış, azərbaycanlılar isə yurdlarına indiki Ermənistanda sovet hakimiyyəti qurulduqdan sonra, 1924-cü ildə qayıda bilmişdilər. Burada ermənilərlə yanaşı 1926-cı ildə 94 nəfər, 1931-ci ildə 53 nəfər azərbaycanlı yaşamışdır.

Kənd 1939-cu ildə ləğv edilmişdir. Hazırda xarabalıqdır.