Avdıbəy – keçmiş İrəvan quberniyasının Aleksandropol qəzasında, sonralar keçmiş Hamamlı (Spitak) rayonunda, hazırda isə Lori vilayətində kənd. Vilayət mərkəzi Böyük Qarakilsə (Vanadzor) şəhərindən 37 km cənub-qərbdə, dəniz səviyyəsindən 1750 m hündürlükdə yerləşir.
Burada 1897-ci ildə 7 nəfər azərbaycanlı yaşamışdır. Ermənilər kəndə Türkiyənin Muş və Ərzurum vilayətlərindən köçürülüb yerləşdirilmişlər. XX əsrin əvvəllərində onlar kənddən deportasiya olunmuşlar. Hazırda kənddə ermənilər yaşayırlar.
Toponim Avdıbəy şəxs adı əsasında əmələ gəlmişdir.
Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 4 may 1939-cu il tarixli fərmanı ilə kəndin adı dəyişdirilərək “Tsaxkaşen” 21 oktyabr 1967-ci il tarixli fərmanı ilə isə yenidən dəyişdirilərək “Tsaxkaber” qoyulmuşdur. “Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında” 7 noyabr 1995-ci il tarixli Qanuna əsasən Lori vilayətinin inzibati ərazisinə daxil edilmişdir.
Yerləşdiyi koordinatlar: 40°47′ şm. e., 44°06′ ş. u.