Təknəli

Təknəli – keçmiş İrəvan quberniyasının Aleksandropol qəzasında, sonralar keçmiş Qızıl Qoç (Qukasyan) rayonunda, hazırda isə Şirak vilayətində kənd. Vilayət mərkəzi Gümrü şəhərindən 24 km şimalda, Ellər dərəsində, dəniz səviyyəsindən 1840 m hündürlükdə yerləşir. 1728-ci il tarixli “İrəvan əyalətinin icmal dəftəri”ndə Təknəli kəndi gəliri 4.000 ağça olan Osman Mustafa oğlunun adına timar kimi qeydə alınmışdır. Qafqazın beşverstlik xəritəsində qeydə alınmışdır.

Toponim dulusçuluqla, daşyonma ilə məşğul olan türkmənşəli “təknəli” etnonimindən əmələ gəlmişdir.

Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 25 yanvar 1978-ci il tarixli fərmanı ilə adı dəyişdirilərək “Qoqhovit” qoyulmuşdur. “Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında” 7 noyabr 1995-ci il tarixli Qanuna əsasən Şirak vilayətinin inzibati ərazisinə daxil edilmişdir.

Yerləşdiyi koordinatlar: 40°56′ şm. e., 43°50′ ş. u.