Avuş – keçmiş İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, sonralar keçmiş Keşişkənd (Yeğeqnadzor) rayonu, hazırda isə Vayotsdzor vilayəti ərazisində kənd olmuşdur. Arpa çayının sol qolu ilə Qabaqlı çayının yuxarı axarı arasında, Gəlinqaya selavının yaxınlığında yerləşirdi. XIII əsrdə Amağu məbədinə tabe idi. Kəndin adı “Ayuş” və “Aveş” kimi də göstərilir. Qafqazın beşverstlik xəritəsində qeydə alınmışdır.
Kənddə 1873-cü ildə 28, XX əsrin əvvəllərində 50 azərbaycanlı evi olmuşdur. Sonradan kənd ləğv edilmişdir. Hazırda xarabalıqdır.
Toponim qədim “avşar” (afşar) etnonim əsasında əmələ gəlmişdir. “Avşar” etnonimi qədim qaynaqlarda “aveş”, “auş” formalarında da verilmişdir.