Tozluq

Tozluq – keçmiş Tiflis quberniyasının Borçalı qəzasının, sonralar keçmiş Cəlaloğlu (Stepanavan) rayonunun, hazırkı Lori vilayətinin ərazisində mövcud olmuş qışlaq.

1897-ci ildə burada 4 nəfər azərbaycanlı yaşamışdır. XX əsrin əvvəllərində ləğv edilmişdir.

Toponim qədim türk dilində “qovaq ağacı” mənasında işlənən “toz” sözünə “-luq” şəkilçisinin artırılması ilə əmələ gəlmişdir.