Nov Talası – keçmiş Yelizavetpol (Gəncə) quberniyasının Qazax qəzasının, sonralar keçmiş Şəmşəddin (Berd) rayonunun, hazırkı Tavuş vilayətinin ərazisində mövcud olmuş qışlaq. 1930-cu ildə ləğv edilmişdir.
Toponim Azərbaycan dilində “arx, kanal” mənasında işlənən “nov” sözü ilə “meşənin ortasında olan açıqlıq” mənasında işlənən “tala” sözünün əsasında formalaşmışdır.