Meşədərəsi – keçmiş İrəvan quberniyasının Novo-Bəyazid qəzasının, sonralar keçmiş Çəmbərək (Krasnoselsk) rayonunun, hazırkı Geğarkunik vilayətinin ərazisində mövcud olmuş qışlaq. Ardanış kəndinin yaxınlığında yerləşmişdir.
1926-cı ildə burada 9 nəfər azərbaycanlı yaşamışdır. XX əsrin 30-cu illərində ləğv edilmişdir.
Toponim “meşə” sözü ilə relyef mənası ifadə edən “dərə” sözünün birləşməsindən yaranmışdır.