Qojaravan

Qojaravan – keçmiş Tiflis quberniyasının Borçalı qəzasının, sonralar keçmiş Barana (Noyemberyan) rayonunun, hazırkı Tavuş vilayətinin ərazisində mövcud olmuş qışlaq. Ləmbəli (Baqrataşen) kəndinin yaxınlığında yerləşmişdir. 1930-cu illərdə Ləmbəli kəndinə birləşdirildikdən sonra ləğv edilmişdir.

Toponim qızılbaş türk tayfasına aid olan “qacar” etnoniminin fonetik forması olan qojar tayfa adına “kənd yaşayış məntəqəsi” mənasında işlənən “van” sözünün birləşməsindən əmələ gəlmişdir.