Qızılqaya

Qızılqaya – keçmiş Yelizavetpol (Gəncə) quberniyasının Qazax qəzasının, sonralar keçmiş Çəmbərək (Krasnoselsk) rayonunun, hazırkı Geğarkunik vilayətinin ərazisində mövcud olmuş qışlaq. Gölkənd (Ayqut) kəndinin yaxınlığında yerləşmişdir. 1930-cu ildə keçmiş Dilican rayonunun tabeliyində olmuşdur.

1926-cı ildə burada 12 nəfər azərbaycanlı yaşamışdır. XX əsrin 30-cu illərində ləğv edilmişdir.

Toponim “qırmızı” mənasında işlənən “qızıl” sözü ilə “qaya” sözünün birləşməsindən əmələ gəlmişdir.