Xaçabulaq – keçmiş Yelizavetpol (Gəncə) quberniyasının Qazax qəzasının, sonralar keçmiş Şəmşəddin (Berd) rayonunun, hazırkı Tavuş vilayətinin ərazisində mövcud olmuş qışlaq. 1930-cu ildə ləğv edilmişdir.
Toponim “haça” sözünün fonetik forması olan “xaça” sözü ilə “təbii su qaynağı” mənasında işlənən “bulaq” sözünün birləşməsindən əmələ gəlmişdir.