Əyrisu

Əyrisu – keçmiş Yelizavetpol (Gəncə) quberniyasının Qazax qəzasının, sonralar keçmiş Çəmbərək (Krasnoselsk) rayonunun, hazırkı Geğarkunik vilayətinin ərazisində mövcud olmuş qışlaq. Çaykənd (Dprabak) kəndinin yaxınlığında yerləşmişdir.

Qışlaqda 1926-cı ildə 8 nəfər azərbaycanlı yaşamışdır. 1930-cu illərdə ləğv edilmişdir.

Toponim “ayrılmış, əyri-üyrü, dolambac” mənasında işlənən “əyri” sözü ilə türk dilində “çay” mənasında işlənən “su” sözünün birləşməsindən əmələ gəlib. “Əyri çay yanındakı yaşayış məntəqəsi” mənasını bildirir.